Təkfirçi qruplaşmaların son cinayəti – bir qrup günahsız insanları şəhid etməsi ilə bağlı Ayətullah Məkarim Şirazinin bəyanatı:

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 
makarem news

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi ofisi tərəfindən yayımlandı:

Təkfirçi qruplaşmaların son cinayəti – bir qrup günahsız insanları şəhid etməsi ilə bağlı Ayətullah Məkarim Şirazinin bəyanatı:

Təkfirçi qruplaşmaların son cinayəti, bir qrup günahsız insanı şəhadətə yetirməsinin ardınca Ayətullah Məkarim Şirazi bu məzmunda bəyanat verdi:

Bismillahir Rəhmanir Rəhim
Vəhşi qaniçən təkfirçilərin çərşənbə günü ölkəmizin iki nöqtəsində törətdiyi cinayəti kəskin pisləyirik. Təkcə biz deyil, bütün dünya bunu məhkum edir. Şəhid olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, xəsarət alanlarınsa tezliklə sağalmasını Allahdan diləyirik.
Həqiqət budur ki, tarix boyu təkfirçilərdən, o cümlədən İŞİD-dən daha çirkin, daha qəddar və məqsədsiz qrupa rast gəlməmişik. Ələ silah alıb, özünə bomba bağlayıb günahsız insanları öldürür, özləri də cəhənnəmə vasil olurlar.
Onların nə məqsədi var? Görəsən bir neçə nəfəri öldürməklə, yaxud bir neçə binanı partlatmaqla hakimiyyəti ələ keçirəcəklərini və ya böyük bir izdihamı qorxudacaqlarını yaxud da döyüş meydanında axıdılan murdar qanlarının qisasını uşaq və günahsızlardan alacaqlarınımı sanırlar? Həqiqətən bunların məqsədi nədir?
Onlar haqqında deyiləcək tək yaxşı söz budur ki, bunlar günahsızların qanına susamış və başqa da məqsədi olmayan divanələrdir.
Onlar bu təxribatçı və vəhşicəsinə hərəkətlərilə səkkiz il ən çətin döyüş meydanlarından birində ən parlaq zəfərə imza atmış və müqavimət göstərmiş inqilabçı bir xalqın gözünümü qorxutmaq istəyirlər?
Heç bir təhrikedici qüvvələrin iştirakı olmadan onların bu işə əl atmasına inanmaq sadəlövlük olardı. Onların arxasında başqa cinayətkarlar durur, hansı ki təkfirin əsas bazasını öz məqsədlərinin amalına çevirmişlər. Onlara pul və silah dəstəyi verməklə bu cür cinayətlərə hazırlayırlar.
Qətiyyətlə demək olar ki, xalqımız keçmişdəkindən daha səmimi mübarizəyə qoşularaq bu çirkin qruplaşmanın kökünü qurutmayınca sakit oturmayacaq.
Bu terroristlərlə mübarizədə biz daima ilk xəttə olmuşuq və həmişə də olacağıq.
Hərçənd ABŞ prezidenti bir qrup ərəb rəsmilərini sağmaqdan ötrü bizi terroru himayədə öncül bilirlər. Sözsüz ki, yalan danışdıqlarını özləri də bilirlər Lakin çirkin gəlirlərindən ötrü bu yola əl atmağı daha münasib sayırlar ki, nəticədə əsas səbəbkara bəraət qazandırır, həqiqi müxalifi müttəhim edirlər.
Hamımız ayıq olmalı, əl-ələ verməli və bu təxribatın qarşısını almalıyıq!
ان نصرالله قريب
“Allahın yardımı yaxındır”.
09.06.2017

Nəşr tarixi: « 2017/6/9 »
Tags
Həzrət Zəhranın (s.ə) şəhadəti ilə bağlı əza və matəm məclisi

Ayətullah Məkarim Şirazinin rəsmi ofisi tərəfindən təşkil olundu:

Həzrət Zəhranın (s.ə) şəhadəti ilə bağlı əza və matəm məclisi

“Şəhid” anlayışı Ayətullah Məkarim Şirazinin baxışında

Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin informasiya bloqu tərəfindən yayımlandı

“Şəhid” anlayışı Ayətullah Məkarim Şirazinin baxışında

Şübhəli pulların duanın qəbul olmamasında təsiri

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin başlanğıcında:

Şübhəli pulların duanın qəbul olmamasında təsiri

Fiqhin ali mühazirələrinin başlanğıcında Ayətullah Məkarim Şirazinin İŞİD fitnəsi haqqında bəyanatı

Ayətullah Məkarim Şirazinin rəsmi ofisi tərəfindən yayımlandı:

Fiqhin ali mühazirələrinin başlanğıcında Ayətullah Məkarim Şirazinin İŞİD fitnəsi haqqında bəyanatı

Ayətullah Məkarim Şirazi tərəfindən zəlzələ baş vermiş məntəqələrə ilkin yardımlar göndərilib

Ayətullah Məkarim Şirazinin rəsmi ofisi tərəfindən yayımlandı:

Ayətullah Məkarim Şirazi tərəfindən zəlzələ baş vermiş məntəqələrə ilkin yardımlar göndərilib

Həzrət Zəhranın (s.ə) şəhadəti ilə bağlı əza və matəm məclisi

Ayətullah Məkarim Şirazinin rəsmi ofisi tərəfindən təşkil olundu:

Həzrət Zəhranın (s.ə) şəhadəti ilə bağlı əza və matəm məclisi

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 1073